×
A
A
A
Sazlamalar

Cari ilin ikinci rübündə Azərbaycana 120 minə yaxın Gürcüstan vətəndaşı səfər edib

Tbilisi, 23 avqust, AZƏRTAC

Cari ilin ikinci rübündə 117 min 900 nəfər Gürcüstan vətəndaşı Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, cari ilin ikinci rübündə Gürcüstan vətəndaşları ən çox Türkiyə (255 min 300 nəfər) və Azərbaycana (117 min 900) səfər ediblər.
Ümumilikdə gürcülər ikinci rübdə xarici ölkələrdə 617,5 milyon lari xərcləyiblər. Orta hesabla hər bir gürcü turist xaricdə 1100.7 lari xərcləyib.
Xidmətin məlumatında bildirilir ki, 2019-cu ilin ikinci rübündə 1 milyon 780 min gürcü ölkədən çıxış edib. Onların da 45,3 faizi 31-50 yaş arasında səyahətə çıxanlardır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2019-08-23 17:08:00