×
A
A
A
Sazlamalar

Asiya İnkişaf Bankı Gürcüstan hökuməti ilə əməkdaşlığın yeni strategiyasını təsdiqləyib

Tbilisi, 23 avqust, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) Gürcüstan hökuməti ilə əməkdaşlığın yeni strategiyasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə AİB-in yaydığı açıqlamada məlumat verilir. Bildirilir ki, 2019-2023-cü illəri əhatə edəcək yeni strateji planda Gürcüstan hökumətinin qonşu dövlətlər və dünyanın digər ölkələri ilə iqtisadi əməkdaşlığının səmərəliliyinin artırılması, yoxsulluğun azaldılması, ticarət əlaqələrinin dərinləşdirilməsi, yeni iş yerlərinin açılması, Gürcüstanda iqtisadi və nəqliyyat dəhlizlərinin inkişafı və digər məqsədlər nəzərdə tutulub.
Bildirilir ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatı 4,7 faiz artıb. Buna baxmayaraq, işsizlik səviyyəsinin və nağd pul defisitinin yüksək olması ölkəyə öz potensialını reallaşdırmağa imkan verməyib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-08-23 17:00:00