×
A
A
A
Sazlamalar

Əfqanıstanda gedən döyüşlərdə 3 polis və 5 “Taliban” silahlısı öldürülüb

Bakı, 23 avqust, AZƏRTAC 

Əfqanıstanda gedən döyüşlərdə 3 polis əməkdaşı və 5 “Taliban” silahlısı öldürülüb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Nanqarhar əyalətində baş vermiş silahlı toqquşmalar barədə regionun administrasiyasının rəsmi nümayəndəsi Ataulla Xoqiani məlumat verib.
Administrasiya rəsmisi bildirib ki, avqustun 22-dən 23-nə keçən gecə “Taliban” silahlıları Qəzni-Abad nəzarət keçid məntəqəsinə hücum ediblər. Əfqan yerli polisi hücumları dəf edə bilib və bir neçə saat davam edən döyüşlərdə 2 polis əməkdaşı və 5 silahlı öldürülüb. Daha 2 qanun keşikçisi və 8 silahlı yaralanıb. Həlak olmuş polis əməkdaşlarının cəsədləri ailələrinə təhvil verilib, silahlıların meyitləri isə Qırmızı Aypara Cəmiyyətinə təqdim ediləcək.
“Taliban” silahlıları ilə hökumət qüvvələri arasında döyüşlər Əfqanıstanın 34 əyalətindən 20-sində davam edir.

Dünya 2019-08-23 16:53:00