×
A
A
A
Sazlamalar

Çin ABŞ-dan 75 milyard dollarlıq idxala rüsumları artıracaq

Bakı, 23 avqust, AZƏRTAC
Çin ABŞ-ın hərəkətinə cavab olaraq sentyabrın 1-dən və dekabrın 15-dən Birləşmiş Ştatlardan idxal olunacaq 75 milyard dollarlıq mallara rüsumu 10 faiz və 5 faiz artıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurasının yanında fəaliyyət göstərən Tariflər və Yığımlar üzrə Komitənin məlumatında bildirilir.
“Tariflər və Yığımlar üzrə Komitə ABŞ-dan gətiriləcək ümumi həcmi 75 milyard dollarlıq 5078 mala idxal rüsumunu 10 faiz və 5 faiz artırmaq barədə qərar qəbul edib. Rüsum artımları müvafiq olaraq 2019-cu il sentyabrın 1-də saat 12:01-də və dekabrın 15-də saat 12:01-də qüvvəyə minəcək”, - deyə qurumun məlumatında qeyd olunur.
Dekabrın 15-də Çin Xalq Respublikası ABŞ-dan gətiriləcək avtomobillərə və ehtiyat hissələrinə idxal rüsumlarını 25 faiz və 5 faiz artıracaq.

Dünya 2019-08-23 16:52:00