×
A
A
A
Sazlamalar

Binə qəsəbə sakininə bıçaqla xəsarət yetirən şəxs cinayət məsuliyyətinə cəlb olunub

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 21-də Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzinə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.
İdarənin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-23 16:48:00