×
A
A
A
Sazlamalar

Bakalavrların nəzərinə: qeydiyyat bu gün yekunlaşır

Bakı, 23 avqust, AZƏRTAC 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 23-də başa çatır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bakalavrlar gün ərzində sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Bakalavrlar tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Xatırladaq ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 15-dən aparılır.

Elm və təhsil 2019-08-23 16:04:00