×
A
A
A
Sazlamalar

Şəmkirdə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

Şəmkir, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur. Bu münasibətlə Şəmkir rayonunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Peşə bayramı münasibətilə keçirilən mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi, polkovnik-leytenant Ağabala Hüseynov Xüsusi Dövlət Mühafizə Xidmətinin işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin iki hərbi qulluqçusu - Xəqani Sadıqov və Ülvi Abdullayev Şəmkir Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə mükafatlandırılıb.

Regionlar 2019-08-23 15:30:00