×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə mərhələsinə ərizə qəbulu davam edir

Bakı, 23 avqust, AZƏRTAC 

Ümumilikdə 6 dövlət orqanında 51 vakant vəzifənin (A növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu aparılır.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, avqustun 23-ü saat 15:25-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 30 nəfər ərizə verib.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (19 vəzifə) tərəfindən çıxarılıb.
Sənəd qəbulu sentyabrın 2-dək davam edəcək.

Elm və təhsil 2019-08-23 15:26:00