×
A
A
A
Sazlamalar

Edvard Nortonun çəkildiyi “Yetim Bruklin” filminin treyleri işıq üzü görüb

Bakı, 23 avqust, AZƏRTAC

“WarnerBros” studiyası “YouTube”da “Yetim Bruklin” dramının ilk treylerini yerləşdirib. Filmin rejissoru, ssenari müəllifi və baş rolun ifaçısı aktyor Edvard Nortondur.
AZƏRTAC xəbər verir ki, hadisələr ötən əsrin 50-ci illərində baş verir. Layonel (Edvard Norton) Turetta sindromundan əziyyət çəkən özəl detektivdir, o dostu və müəllimi Frenki (Brüs Uillis) öldürənin kimliyini və bu işdə yerli hakimiyyətin əli olub-olmadığını aydınlaşdırmalıdır.
Dramda həmçinin Alek Bolduin, Uill Defo, Ququ Mbata-Rou və başqaları çəkiliblər.
Tom York və “Red Hot Chili Peppers” qrupunun bas ifaçısı Flea filmin saundtreki üçün “Daily Battles” kompozisiyasını yazıblar.
“Yetim Bruklin” – Amerika yazıçısı Conatan Letemin eyniadlı romanının ekran həllidir.

 

Mədəniyyət 2019-08-23 15:10:00