×
A
A
A
Sazlamalar

Suraxanı rayonu ərazisində yanğın başlayıb

Bakı, 23 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakının Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində quru ot və kol-kos yanır.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-23 13:37:00