×
A
A
A
Sazlamalar

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 23 avqust, AZƏRTAC

Bir qədər əvvəl Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” metro stansiyası istiqamətində) yanacaq daşıyan avtomobildə texniki nasazlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, buna görə də, hazırda Heydər Əliyev prospekti, şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyatın hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.

 

Nəqliyyat 2019-08-23 13:07:00