×
A
A
A
Sazlamalar

Tərtərdə çətənə bitkisi yetişdirən keçmiş məhkum tutulub

Bakı, 23 avqust, AZƏRTAC 

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Tərtər şəhər sakini, əvvəllər məhkumluğu olan Seymur Əliyev avqustun 23-də Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 13 çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-23 12:12:00