×
A
A
A
Sazlamalar

Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə aid 19 ünvanda axtarış aparılıb

İstanbul, 23 avqust, AZƏRTAC
Türkiyənin İzmir şəhər Baş Prokurorluğunun Terrorla mübarizə şöbəsinin əməkdaşları FETÖ terror təşkilatının üzvlərinə aid evlərdə axtarış aparıblar.
AZƏRTAC xəbər verir ki, 19 müxtəlif ünvanda aparılan axtarışlar zamanı FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların evlərindən çox sayda saxta şəxsiyyət vəsiqəsi, təşkilatla xəbərləşmək üçün istifadə edilən telefonlar və kompüterlər, külli miqdarda pul, videomateriallar ələ keçirilib.
Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər.
Əməliyyatlar davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-08-23 11:40:00