×
A
A
A
Sazlamalar

Azərbaycan Çində keçiriləcək Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

Bakı, 23 avqust, AZƏRTAC

Cari il sentyabrın 5-dən 8-dək Çin Xalq Respublikasının Mienyan şəhərinin Siçuan əyalətində VII “Elm və Texnologiyalar şəhəri” adlı Beynəlxalq Yüksək Texnologiyalar sərgisi keçiriləcək. Bu il sərgidə Azərbaycanın İnnovasiyalar Agentliyi də iştirak edəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sərginin əsas mövzusu elmi və texnoloji yeniliklərin nümayişi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə müxtəlif sahələrin ən son texnoloji nailiyyətləri təqdim ediləcək, elektron məlumatlar, avadanlıq istehsalı, enerjiyə qənaət və ətraf mühitin qorunması, süni intellekt və başqa bir sıra mövzular üzərində fikir mübadiləsi aparılacaq.
Sərgi 2013-cü ildən etibarən hər il ÇXR-in Elm və Texnologiya Nazirliyi və Siçuan əyaləti hökuməti tərəfindən keçirilir. Bu il sərgiyə 40-a yaxın ölkə qatılacaq.

İKT 2019-08-23 11:37:00