×
A
A
A
Sazlamalar

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 8 nəfər müraciət edib

Bakı, 23 avqust, AZƏRTAC

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət edən şəxslərdən 5-i qadın (62, 52, 36, 20, 17 yaşlı) , 3-ü isə kişidir (43, 47 və 14 yaşlı). Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Onların vəziyyətləri orta ağır stabil qiymətləndirilir.

Səhiyyə 2019-08-23 11:35:00