×
A
A
A
Sazlamalar

Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Bakı, 23 avqust, Elvin Camalov, AZƏRTAC

Avqustun 23-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.
Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 12:00-da Bakıdan Dubay istiqamətində “FZ 710” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

 

Nəqliyyat 2019-08-23 10:47:00