İran parlamentinin 2 deputatı həbs edilib
Tehran, 23 avqust AZƏRTAC.
İran İslam Şurası Məclisinin (parlamentin) iki nəfər deputatı həbs edilib.
AZƏRTAC xəbər verir ki, Abhər və Zəncan vilayətlərindən parlamentə seçilmiş deputatlar - Firudin Əhmədi və Məhəmməd Əzizi həbs ediliblər. Axşam isə məhkəmənin qərarı ilə 10 milyard rial (təxminən 240 min dollar) girov müqabilində azadlığa buraxılıblar. Deputatlara Tehran şəhərini tərk etmək qadağan edilib.
İran parlamentində deputatların davranışlarına nəzarət heyətinin üzvü Cavad Camalı bildirib ki, adətən hər hansı bir deputatın saxlanılması və dindirilməsi zərurəti yaranırsa parlamentin rəyasət heyətinə məhkəmədən məktub gəlməlidir. Bu halda isə parlamentin rəyasət heyətinə məsələ ilə əlaqədar heç bir məktub daxil olmayıb. Deputatlara qarşı hansı ittihamın irəli sürülməsi haqqında hələlik məlumat verilməyib. Lakin yerli mətbuat yazır ki, deputatlar korrupsiya ilə əlaqədar həbs ediliblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır