×
A
A
A
Sazlamalar

Priaralyedəki vəziyyət uşaqların səhhətinə təsirsiz ötüşmür

Bakı, 22 avqust, AZƏRTAC

Aral dənizinin quruması regionda təkcə ekoloji və iqtisadi fəlakətə səbəb olmayıb. Minlərlə ailə regionun “suyunun çəkilməsini” öz üzərlərində hiss ediblər.
AZƏRTAC bu barədə “ORIENT” saytına istinadla xəbər verir.
Aral böhranının ana və uşaqların sağlamlıqlarına və qidalanmasına təsirini UNICEF-in və Türkmənistan Səhiyyə Nazirliyinin Tibb Sənayesi nümayəndələri dəyirmi masa arxasında müzakirə ediblər. Priaralye zonasına aid olan Daşoğuz və Lebap vilayətinin şimal hissəsindəki vəziyyətə xüsusi diqqət ayrılıb.
Həmin yerlərdə anaların sağlamlıq durumu və qidalanması ilə bağlı monitorinq keçirən “Sanigest” şirkətinin mütəxəssisləri ölkədə səhiyyə və ekologiya sahəsində aparılan siyasətin regiondakı vəziyyətə müsbət təsirini vurğulayıblar. Məruzə ilə çıxış edən Ana və Uşaq Sağlamlığının Mühafizəsi üzrə Elmi-Klinik Mərkəzin ekspertləri Lebapın şimalında aparılan tədqiqatların yekunlarını təqdim etməklə həmkarlarının nəticələrini təsdiqləyiblər.
Lakin ölkə nailiyyətlər qazanmağa istiqamət götürüb. Səhiyyə sistemində, qanunvericilik bazasında bundan sonrakı islahatlar və “Sağlamlıq” dövlət proqramının icrası, həmçinin profilli beynəlxalq qurumlarla, o cümlədən UNICEF-lə əməkdaşlıq yüksək nəticələr əldə etməyə kömək olacaq.
Bu gün Türkmənistan və BMT-nin Uşaq Fondu 2020-2025-ci illər üçün əməkdaşlıq üzrə birgə Ölkə proqramını işləyib hazırlayırlar. Sənəddə, həmçinin Aral dənizi regionundakı vəziyyətə daha çox kompensasiyanın ayrılması üzrə planlaşdırılmış tədbirlər öz əksini tapacaq.
Lakin UNICEF Türkmənistandakı nümayəndəsi Kristin Veyqandın qeyd etdiyi kimi, Aralın xilası bütün dünya birliyinin vəzifəsidir. Yalnız birgə səylərlə böhranın yaxın ərazilərə və ümumilikdə dünya ekologiya sisteminə mənfi təsirini azaltmaq mümkündür.

Ekologiya 2019-08-22 18:55:00