Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, ortamüddətli istiqrazların emissiya həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1092 gün, faiz gəliri 9 faizdir. İstiqrazlar 2022-ci il avqustun 23-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Maliyyə 2019-08-22 18:32:00