×
A
A
A
Sazlamalar

Xaricə gedən azərbaycanlıların 82,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Bakı, 22 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatına üstünlük verib.

Nəqliyyat 2019-08-22 16:25:00