×
A
A
A
Sazlamalar

Hollandiyada dünyanın ən böyük velosiped parkı istifadəyə verilib

Bakı, 22 avqust, AZƏRTAC
Hollandiyanın Utrext şəhərində dünyanın ən böyük velosiped parkı istifadəyə verilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, velopark 12500 velosiped üçün nəzərdə tutulub. Hündürlüyü 350 metr olan üçmərtəbəli parkın birinci və üçüncü mərtəbələrində velosipedləri gündəlik əsaslarda saxlamaq olar. İkinci mərtəbədə isə 1800 nəfər velosipedini aylıq ödəniş əsasında saxlaya biləcək. Parka giriş və çıxış ictimai nəqliyyat kartı ilə mümkündür.

Dünya 2019-08-22 16:16:00