×
A
A
A
Sazlamalar

Kosovada erkən parlament seçkiləri keçiriləcək

Bakı, 22 avqust, AZƏRTAC 

Kosovanın Baş Naziri Ramuş Haradinajın iyul ayında istefa verməsindən sonra ölkədə erkən parlament seçkiləri keçiriləcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu gün parlament deputatların səs çoxluğu ilə buraxılıb və erkən seçkilərə getmək qərarı verilib. 120 deputatdan 91-nin qatıldığı səsvermədə 88 millət vəkili parlamentin buraxılmasına səs verib. Parlamentin buraxılmasından sonra Prezident Haşim Taçinin 30-45 gün ərzində erkən seçkilərin tarixini müəyyən edəcək.
Qeyd edək ki, Baş Nazir Ramuş Haradinaj ötən ay şübhəli qismində məhkəməyə çağırılmasından sonra istefa vermişdi.

Dünya 2019-08-22 16:13:00