×
A
A
A
Sazlamalar

Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən ukraynalı pilot otel otağında ölü tapılıb

İstanbul, 22 avqust, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda baş vermiş meşə yanğınlarının söndürülməsində iştirak edən ukraynalı helikopter pilotu Yuriy Boskin qaldığı otel otağında ölü tapılıb.
AZƏRTAC xəbər verir ki, pilotun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Y.Boskin iki gün davam edən yanğınsöndürmə işlərində fasiləsiz iştirak edib.
Qeyd edək ki, 53 saat davam edən yanğın zamanı 500 hektarlıq meşə sahəsi məhv olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-08-22 15:17:00