“Samsung” 70 ölkədə “Galaxy Note 10” smartfonlarının satışına başlayır
Bakı, 22 avqust, AZƏRTAC
“Samsung Electronics” kompaniyası avqustun 23-də 70 ölkədə “Galaxy Note 10” smartfonlarının satışına başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.
“Avqustun 23-də fablet Cənubi Koreya, ABŞ, Rusiya da daxil olmaqla, Avropa, həmçinin Cənub-şərqi Asiya ölkələrində satışa çıxarılacaq”, - deyə kompaniyanın bəyanatında bildirilir.
Bir qədər öncə “Samsung” 1 milyondan çox koreyalının “Galaxy Note 10” smartfonuna öncədən sifariş verdiyi və bunun 2018-ci ildə buraxılan əvvəlki model “Note 9” smartfonlarına qabaqcadan verilən sifarişlə müqayisədə iki dəfə çox olduğu barədə məlumat yaymışdı.
Cənubi Koreyada 6,3 düym ekranlı “Galaxy Note 10” smartfonlarının qiyməti 1,2 milyon von (1025 dollar), 6,8 düym ekranlı modellərin qiyməti isə 1,5 milyon von (1250 dollar) təşkil edir. Bu, “Samsung” kompaniyasının yeni 5G standartını dəstəkləyən ikinci smartfon modelidir.
Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz