×
A
A
A
Sazlamalar

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib

Bakı, 22 avqust, AZƏRTAC

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib, AZƏRTAC Tasnim informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Həsən Ruhaninin mətbuat xidməti məlumat yayıb.
Zenit-raket kompleksi ilə yerində tanış olan İran Prezidenti deyib ki, bu yeni sistem ölkənin etibarlı müdafiəsi sahəsində unikaldır. O əlavə edib: “Bizim yeni zenit-raket kompleksimiz öz xarakteristikasına görə Rusiyanın S-400 sisteminə daha yaxındır”. H.Ruhani qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, hazırda İranın hərbi sənaye kompleksi uğurla fəaliyyət göstərir.
“Bavar-373” zenit-raket kompleksi İranın müdafiə sənayesi günü münasibətilə keçirilən mərasimdə nümayiş etdirilib.

Dünya 2019-08-22 11:30:00