×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı dünyanın ən populyar turist istiqamətlərinin ilk beşliyinə daxil olmaq istəyir

Ər-Riyad, 22 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanın Turizm və milli irs Baş idarəsinin idarə heyətinin sədri Əhməd əl-Xatıb krallığın dünyanın ən populyar turist istiqamətlərinin ilk beşliyinə daxil olacağına inamını ifadə edib.
AZƏRTAC xəbər verir ki, Əhməd əl-Xatıb bu barədə mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkəyə gələn xarici turistlərin sayı ildə 100 milyona çatacaq və Səudiyyə Ərəbistanı buna qadirdir. Məmur həmçinin biznesmenləri turizm sahəsinə vəsait yatırmaqda fəal olmağa çağırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının hakimiyyəti turizm sahəsini inkişaf etdirmək niyyətini bəyan edib və ölkədə bu sahənin inkişafı üçün irimiqyaslı layihələrin həyata keçirilməsinə, o cümlədən Qırmızı dəniz sahillərində kurort zonalarının yaradılmasına start verilib.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

Dünya 2019-08-22 11:16:00