×
A
A
A
Sazlamalar

Tovuzda ağac kəsən şəxs cərimələnib


Bakı, 22 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı nazirliyə daxil olan şikayəti araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Tovuz şəhərinin İstiqlal küçəsi, 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.
Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o, 2360 manat məbləğində cərimələnib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.

Ekologiya 2019-08-22 10:48:00