×
A
A
A
Sazlamalar

Dünyada ən çox qazanan aktyorların siyahısı açıqlanıb

Bakı, 21 avqust, AZƏRTAC

ABŞ aktyoru Dueyn Conson “Forbes” jurnalında ən çox qazanan aktyorların reytinq siyahısında birinci yeri tutub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 47 yaşlı Dueyn Conson 12 ay ərzində 89,4 milyon ABŞ dolları qazanaraq jurnalın reytinq siyahısında keçən il tutduğu ikinci yerdən birinciyə irəliləyib. Sıyahıda ikinci yeri Kris Hemsvort (76,4 milyon ABŞ dolları), üçüncü yeri oğul Robert Dauni (66 milyon ABŞ dolları) tutub. İlk onluqda, həmçinin Akşay Kumar, Ceki Çan, Bredli Kuper, Adam Sendler, Kris Evans, Pol Radd, Uill Smit yer alıblar.

Dünya 2019-08-22 05:06:00