×
A
A
A
Sazlamalar

Tural Rzazadə: Təqaüd proqramı çərçivəsində təhsilimi Riqada davam etdirəcəyəm

Bakı, 21 avqust, AZƏRTAC

Latviyanın təhsil təqaüd proqramı çərçivəsində təhsilimi Riqa Texniki Universitetinin magistraturasında davam etdirəcəyəm. Məqsədim müasir cəmiyyətin tələblərinə uyğun, bilik və bacarıqlı mütəxəssis olmaqdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Latviyada təhsil almaq hüququ qazanmış tələbə Tural Rzazadə deyib. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirən Tural Rzazadə Latviya universitetində biznes informatikası ixtisası üzrə təhsil alacaq.
Müasir dünyada elmin, təhsilin rolundan danışan tələbə ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Elm və təhsil 2019-08-21 20:36:00