×
A
A
A
Sazlamalar

“Zirvə-Astara” basketbol komandası dünya turu çərçivəsində Polşada çıxış edib

Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycanın milli yığma komandasının əsasında təşkil edilən “Zirvə-Astara” klubu Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkilatçılığı ilə keçirilən basketbol 3x3 üzrə dünya turundakı çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, turun növbəti mərhələsi Polşanın Radom şəhərində təşkil olunub. Turnirin “A” qrupunda yer alan komandamız beş qələbə qazanaraq dörddəbir finaladək adlaya bilib. Lakin “Zirvə-Astara” yarımfinalın bir addımlığında Polşanın “Wild Cats” komandasına 12:21 hesabı ilə uduzaraq medallar uğrunda mübarizəni dayandırıb.

İdman 2019-08-21 20:14:00