×
A
A
A
Sazlamalar

“Vikipediya”da janr rəssamlığı haqqında məqalə yerləşdirilib

Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən
janr rəssamlığı (genre painting) haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə janr rəssamlığının tarixi və yaranması, bu sahə ilə məşğul olan və onu inkişaf etdirən rəssamlar barədə məlumat verilib. Qeyd edilib ki, bu janrın sənətçiləri bazar yerlərindən, meyxanalardan, məclislərdən və küçələrdən mənzərələr təsvir ediblər. Rəsmlər real, xəyali və ya romantik ola bilər. Janr rəssamlığı nümunələrini yaradan sənətkarlardan biri Flamand rəssamı Pieter Bruegel (1525-1569) olub. XVII əsrdə Hollandiyada Adrian və İsak van Osted, David Tenyers, Albert Kup, Peter De Hok, Fransada Louis le Nain bu sahəni inkişaf etdiriblər.
Janr rəssamlığı dedikdə rəssamların xüsusən gündəlik həyatda müəyyən bir sahə mövzusunda rəsmləri nəzərdə tutulur. Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Elm və təhsil 2019-08-21 19:19:00