×
A
A
A
Sazlamalar

Rusiyada ildə 5000 ton göbələk yetişdiriləcək ferma tikiləcək

Bakı, 21 avqust, AZƏRTAC 

Rusiyanın Elektrostal şəhərində 4,15 hektar sahədə göbələk yetişdirilən ferma tikiləcək.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib.
Hazırda isə ildə 5 min ton göbələk yetişdiriləcək kompleksin tikinti meydançasında fermanın özülü ilə bağlı işlər görülür. Layihənin investisiya dəyəri 1,5 milyard rubldur.
Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Dünya 2019-08-21 18:50:00