×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi üç ölkə ilə avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir

Bakı, 21 avqust, AZƏRTAC
Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a açıqlama verilib.
Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.
Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.

Nəqliyyat 2019-08-21 18:27:00