×
A
A
A
Sazlamalar

NASA-nın astronavtları açıq kosmosa çıxıblar

Bakı, 21 avqust, AZƏRTAC

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) astronavtları Nik Heyq və Endryü Morqan avqustun 21-də açıq kosmosda fəaliyyətə başlayıblar. AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, onlar Beynəlxalq Kosmik Stansiyanın Amerika seqmentində “Harmony” adlı yeni birləşdirici modulu quraşdırırlar.
Astronavtların açıq kosmosda gördüyü işlər NASA TV vasitəsilə canlı yayımlanır.
NASA-nın eksperti Aleks Kanilakos bildirib ki, kosmosa uçuşdan əvvəl astronavtlar xüsusi hovuzda bu cür əməliyyatların həyata keçirilməsi məqsədilə təxminən 200 saat təlim keçiblər.
Bugünkü əməliyyat Nik Heyqin açıq kosmosa üçüncü və Endryü Morqanın isə ilk çıxışıdır.

Dünya 2019-08-21 16:41:00