×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın 6 milyard 765,5 milyon manatlıq notları dövlət qeydiyyatına alınıb

Bakı, 21 avqust, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, yanvar-iyun aylarında ölkədə 6 milyard 765,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 262,6 milyon manat dəyərində səhmlər, 700 milyon manat dəyərində dövlət istiqrazları və 120,4 milyon manat dəyərində korporativ istiqrazları dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 5 milyard 951 milyon manatlıq notları, 470,2 milyon manatlıq korporativ istiqrazları, 324,8 milyon manatlıq dövlət istiqrazları və 211,5 milyon manatlıq səhmlər yerləşdirilib.
Bu müddətdə nominal dəyəri 115,2 milyon manatlıq səhmlər, 184,5 milyon manatlıq Mərkəzi Bankın notları, 195,7 milyon manatlıq dövlət istiqrazları və 285,6 milyon manat olan korporativ istiqrazları tədavüldə olub.

Maliyyə 2019-08-21 16:29:00