×
A
A
A
Sazlamalar

Türkiyədən Portuqaliyaya 16 qaçqın gəlib

Lissabon, 21 avqust, AZƏRTAC

BMT-nin qaçqınların işləri üzrə Ali komissarının Könüllü Köçmə Proqramı çərçivəsində İstanbuldan Portuqaliyaya 16 qaçqın gəlib.
AZƏRTAC Portuqaliya hökumətinin bəyanatına istinadla xəbər verir ki, qaçqın statusundan istifadə edən vətəndaşlar “13 suriyalı vətəndaşdan ibarət iki ailə və üç sudanlıdan ibarət bir ailədir”.
Məlumatda deyilir ki, indiyədək Proqram çərçivəsində Portuqaliyaya 308 adam köçüb. Onların 156-ı Misirdən, 152-i Türkiyədən gəlib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2019-08-21 15:58:00