×
A
A
A
Sazlamalar

Rusiyada əhali qəzalı evlərdən köçürülməyə başlanılıb

Bakı, 21 avqust, AZƏRTAC

Rusiyada regionlara əhalini qəzalı evlərdən köçürmək üçün 10 milyard rubl ayrılıb.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə ölkənin Tikinti və mənzil kommunal təsərrüfatı naziri Vladimir Yakuşev məlumat verib.
Nazir qeyd edib ki, ümumilikdə 2019-2020-ci illəri əhatə edən köçürülmə proqramının birinci mərhələsinin həyata keçirilməsi üçün büdcədə 35,4 milyard rubl vəsait nəzərdə tutulub.
V.Yakuşevin sözlərinə görə, ilk növbədə 26 min qəzalı evdən 64 min sakinin köçürülməsi planlaşdırılır. Bəzi Afrika ölkələri də qəzalı evlərdən köçürülmə ilə bağlı Rusiya təcrübəsi ilə maraqlanıblar.

Dünya 2019-08-21 15:19:00