×
A
A
A
Sazlamalar

Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var

Bakı, 21 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan İspaniyaya ixrac edilən malların dəyəri 471 milyon 999 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən dövrdə ixrac edilən malların dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 189 milyon 34 min dollar və ya 59 faiz artıb. Belə ki, ötən ilin yanvar-iyul aylarında İspaniyaya 282 milyon 965 min dollar dəyərində məhsul ixrac edilib.
Bu ilin yeddi ayında Azərbaycana İspaniyadan idxal olunan mallar isə 38 milyon 936 min dollar dəyərindədir.
Qeyd edək ki, hər iki ölkə arasında yanvar-iyul aylarında ticarət dövriyyəsinin dəyəri 510 milyon 935 min dollar dəyərindədir. İspaniya ticarət dövriyyəsindəki əsas ölkələrin sırasında 13-cü pillədə qərarlaşıb.

İqtisadiyyat 2019-08-21 14:49:00