×
A
A
A
Sazlamalar

Sudanın Hərbi Şurasının başçısı idarəçi Suveren Şuranın rəhbəri vəzifəsini icra etməyə başlayıb

Əddis-Əbəbə, 21 avqust, AZƏRTAC
Sudanın Hərbi Şurasının başçısı general-leytenant Əbdül Fəttah əl-Burxan ölkənin yeni formalaşdırılmış idarəçi Suveren Şurasının rəhbəri vəzifəsini icra etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, o, bu gün Sudanın Ali Məhkəməsinin sədri Nəəmət Abdullanın qarşısında andiçmə mərasimi keçirib. Qeyd edək ki, Sudanın Ali Məhkəməsinin sədri, hüquqşünas Nəəmət Abdulla bu vəzifəyə dünən təyin olunub.
Keçid dövründə ölkəni idarə edəcək Suveren Şuranın həm hərbçilərdən, həm də müxalifətdən olan digər 11 üzvü Əbdül Fəttah əl-Burxanın qarşısında andiçmə mərasimi keçiriblər. Bu Şura işə başlayan kimi keçid Hərbi Şurası buraxılır.
Xatırladaq ki, idarəçi Suveren Şura ölkəni üç il müddətinə idarə edəcək. Hərbi Şuranın başçısı Əbdül Fəttah əl-Burxan 18 ay Suveren Şuraya rəhbərlik edəcək. Daha sonra idarəetmə funksiyaları mülki təmsilçiyə həvalə olunacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə

Dünya 2019-08-21 14:41:00