×
A
A
A
Sazlamalar

Vışeqrad qrupunda biznes ab-havası nəzərəçarpacaq dərəcədə yaxşılaşır

Budapeşt, 21 avqust, AZƏRTAC

2018-ci ildə V4 zonasında biznes qurumlarının “beş il müddətinə yaşama qabiliyyəti əmsalı” bir il əvvəlki 37 faizlə müqayisədə artaraq 40 faizə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Vışeqrad qrupuna daxil olan dörd ölkənin mərkəzi statistika idarələrinin göstəriciləri sübut edir.
“Beş il müddətinə yaşama qabiliyyəti əmsalı” şirkətlərin yaranmasından 5 il sonra aktivlik göstəricisidir. Bu, yeni işə başlayanlar üçün iqtisadi ab-havaya bir növ meyil barometridir.
2008-ci il böhranına qədər yaşama qabiliyyəti əmsalı 43 faizdən yuxarı idi, sonra sürətlə aşağı düşməyə başladı. 2013-cü ildə geriləmə dayandırıldı, lakin bəzi yaxşılaşmalar yalnız 2015-ci ildə başlandı. 2012-ci ildə Vışeqrad qrupuna daxil olan dörd ölkədə yaradılan 91998 şirkətdən 43,3 faizi 2017-ci ildə aktiv olub, 5 il keçsə də 64678 fərdi sahibkarın 34,6 faizi hələ də fəaliyyət göstərib. Səhiyyə və sosial xidmət sahələrində müəssisələrin yaşama qabiliyyəti əmsalı 57,5 faiz olub. Sənaye, tədqiqat, informasiya və kommunikasiya şirkətləri də orta həddən yuxarı əmsal nümayiş etdiriblər – 45 faiz. Maliyyə və sığorta təşkilatları 5 il ərzində ən aşağı – 13 faiz yaşama əmsalına malik olublar.
Hazırda vəziyyət əsasən bütün istiqamətlər üzrə yaxşılaşır. Bu isə xarici sərmayədarlar üçün gözəl fürsətdir.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-08-21 14:30:00