×
A
A
A
Sazlamalar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların qəbulunu keçirəcək

Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 30-da saat 10:00-da Xızı rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

Cəmiyyət 2019-08-21 14:01:00