×
A
A
A
Sazlamalar

Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib

Volın, 21 avqust, AZƏRTAC

Ukraynanın Volın vilayətinin Şatsk şəhərində “Nəsimi ili” ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə keçirilən tədbirdə Volın vilayətinin, Şatsk şəhər meriyasının rəsmiləri, ictimai xadimlər və yerli KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov İmadəddin Nəsiminin böyük mütəfəkkir, dövrünün ən parlaq şairi olduğunu və bütün dünya xalqları tərəfındən sevildiyini vurğulayıb. Bildirib ki, belə mədəni tədbirlərin keçirilməsi Ukrayna və Azərbaycan arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir. Diasporla İş üzrə Dövlət Komitəsinin maraqlı layihələrə diqqət ayırdığını qeyd edən E.Məmmədov bildirib ki, bu, dünyada Azərbaycanın tanıdılmasında böyük töhfələr verəcək.
Sonra tədbirdə çıxış edən Volın vilayət Administrasiyasının rəsmisi Valeri Krivaroq, Şatsk meriyasının nümayəndəsi Nikolay Tsvit Nəsimi kimi filosof şairlərin anılmasının, gələcək nəsillərə tanıdılmasının önəmindən danışıblar .
Tədbirdə Nəsiminin şerləri və qəzəlləri dinlənilib. Daha sonra Nəsimi haqqında film nümayiş olunub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Volın

Cəmiyyət 2019-08-21 13:59:00