×
A
A
A
Sazlamalar

Yeddi ayda əhalinin gəlirləri 32 milyard manatı ötüb

Bakı, 21 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 milyard 559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.

Maliyyə 2019-08-21 12:57:00