×
A
A
A
Sazlamalar

İbrahim Rəisi: İran Böyük Britaniyadan təzminat tələb edəcək

Tehran, 21 avqust, AZƏRTAC

Böyük Britaniya İrana məxsus neft tankerini azad etməklə işini bitmiş hesab etməməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın məhkəmə qüvvələrinin rəhbəri İbrahim Rəisi deyib.
O bildirib ki, baş verən qanunsuzluğa görə Böyük Britaniya İrana təzminat ödəməlidir. İ.Rəsi qeyd edib ki, Britaniya məhkəməsi işi axıra kimi araşdırmayıb. Sadəcə olaraq gəminin azad olunması haqqında qərar verib. Bununla yanaşı, məhkəmə günahkarları cəzalandırmalı və müvafiq hesablama aparıb İrana təzminat ödənilməsi haqqında da qərar çıxarmalı idi. Onun sözlərinə görə, İran bu məsələni diqqətdə saxlayaraq təzminat ödənilməsi barədə beynəlxalq məhkəməyə müraciət edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-08-21 12:35:00