×
A
A
A
Sazlamalar

İdlibdə bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb

Bakı, 21 avqust, AZƏRTAC
İdlibdə gedən şiddətli döyüşlər səbəbindən son bir ildə 945992 insan məcburi köçkün vəziyyətinə düşüb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı şəhərdəki miqrasiya prosesini izləyən və məlumat verən Suriya Müdaxilə Əlaqələndirmə İdarəsindən açıqlama yayılıb. Açıqlamada deyilir ki, hökumət qüvvələri və müttəfiqlərinin hücumları bu ilin fevralından etibarən daha da şiddətlənib. Ümumilikdə 11 çadır şəhərciyi, 30 mülki müdafiə mərkəzi, 66 sağlamlıq obyekti, 106 məktəb, 18 bazar, 71 məscid, 2 su zavodu, 3 elektrik stansiyası bombardman edilib. Bu dövrdə 5 humanitar işçi, 10 mülki müdafiə zabiti, 4 səhiyyə işçisi öldürülüb, 11 təcili yardım maşını vurulub. Suriya Müdaxilə Əlaqələndirmə İdarəsinin rəhbəri Məhəmməd Hallac qaçqınların sayının 1,5 milyona çatması ehtimalının böyük olduğunu deyib.

Dünya 2019-08-21 12:16:00