×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir

Bakı, 21 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı avqustun 21-dən 27-dək rayon ərazisində “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirir. Bu barədə AZƏRTAC-a YAP Nəsimi rayon təşkilatından məlumat verilib.
Bildirilib ki, həftə ərzində YAP Nəsimi rayon təşkilatının fəal üzvləri rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan aztəminatlı ailələrə baş çəkəcək, onların problemləri ilə tanış olacaq və bu problemlərin həll olunmasına dəstək verəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müasir müstəqil ölkəmizdə xeyriyyəçilik və mərhəmət hərəkatının banisidir. Uzun illərdir ki, milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələrə görə Mehriban xanım Əliyeva və rəhbərlik etdiyi Fond xeyriyyəçilik, mərhəmət ünvanı kimi tanınır. Bu nəcib missiyaya ölkəmizdə qoşulmağı fəxarət hesab edənlərin sayı da sürətlə artır. Qeyd etmək lazımdır ki, xeyriyyəçiliyi həyat tərzi hesab edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti də bu gün yetişməkdə olan gənclərə örnəkdir.

Cəmiyyət 2019-08-21 11:27:00