×
A
A
A
Sazlamalar

Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub

Bakı, 21 avqust, AZƏRTAC 

Cari ilin yeddi ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 7,8 faiz artaraq 460,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tikinti kərpicinin istehsalı 58,3 faiz, tikinti əhənginin istehsalı 54,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4 faiz, sementin istehsalı 0,5 faiz artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9 faiz, tikinti gipsinin istehsalı 82,2 faiz azalıb.

 

Tikinti̇ 2019-08-21 11:26:00