×
A
A
A
Sazlamalar

Sinayda 11 terrorçu məhv edilib

Qahirə, 21 avqust, AZƏRTAC
Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında 11 terrorçunu məhv edib.
AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hərbçilər Əl-Ariş şəhərində zeytun bağlarında terrorçuların yerləşdiyi gizli bazaya yaxınlaşarkən atəşə tutulub. Cavab atəşi ilə terrorçular məhv edilib.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-08-21 07:53:00