×
A
A
A
Sazlamalar

Gürcüstanda mal-qaranın sayı azalıb

Tbilisi, 21 avqust, AZƏRTAC

Gürcüstanda iri və xırdabuynuzlu mal-qaranın sayında azalma müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2019-cu ilin ikinci rübündə ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayında azalma müşahidə olunub. Hazırda Gürcüstanda 965 min baş iribuynuzlu mal-qara qeydiyyatdadır. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azdır.
Azalma xırdabuynuzlu mal-qaranın sayında da müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 1 milyon baş xırdabuynuzlu heyvan var. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.
Bəzi ekspertlərin fikrincə, ölkədə heyvandarlığın zəif inkişaf etməsi, iri və xırdabuynuzlu mal-qaranın sayının azalması iqtisadi problemlərə gətirib çıxaracaq.
Bu cür azalma ölkədə ət və ət məhsullarının qiymətinin artmasına səbəb olacaq.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-08-21 04:05:00