×
A
A
A
Sazlamalar

Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 19-da Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, alovun qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və rayon polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 32 hektar quru ot, kol-kos və qurumuş ağacların kötüklər yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

 

 

Hadisə 2019-08-21 00:35:00